Qoç – münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır.
Qoç – münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır.
Buğa – qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun. Axşam saatlarında dincəlin.
Əkizlər – tərəfdaş və müttəfiq arayın. Onları hətta bu günədək sizə bədxahlıq edən insanların arasında tapa bilərsiniz.
Xərçəng – dəvət aldığınız tədbirə qatılın. Vaxtınızı xoş keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yaradıcılıqda uğur, irəliləyiş mümkündür.
Şir – təmir, evdə və ya ofisdə yenilənmə üçün uğurlu gündür. Həyat potensialı yüksəklir, yorğunluq riski yoxdur.
Qız – önəmli və ciddi qərarlar qəbul etməli olacaqsınız. Narahat olmayın, çəkinməyin. Yaxın ətrafınızdakı insanlar üçün yardımçı, hətta lider olun.
Tərəzi – çaşıb qalan, problemlərin təsirindən özünü itirən insana yardım edin. Çətin vəziyyətə düşənə kömək əlinizi uzadın.
Əqrəb – enerjiniz çoxdur, məsuliyyətli davranın. Həyatınızda kiçik detallarla yanaşı, ciddi məqamı dəyişə bilərsiniz. İntuisiyanıza güvənin. Hissləriniz siz məhz can atdığınız yerə apara bilər.
Oxatan – tələskən və hövsələsiz davranmayın. Uğurlu gündür, amma hövsələsizlik səhvlərə və yanlışlıqlara səbəb ola bilər.
Oğlaq – bütün problemləri müstəqil, təkbaşına həll etməyə ehtiyac yoxdur. Yaxın ətrafınızda sizə yardım etməyə hazır insanlar var. Nüfuzlu insandan dəstək ala bilərsiniz.
Dolça – yeni tanışlıq, romantik macəra istisna deyil. Ciddi münasibətlərin bünövrəsi qoyula bilər. Hədiyyə, sürpriz də mümkündür. Alış-verişdə məntiqli davranın.
Balıqlar – yeni təəssüratlar, təcrübə və bilik axtarışına çıxın. Macərapərəst olmayın. Başladığınız hər işi uğurla başa vura bilərsiniz.