Qoç – tələsməyin. Səhər saatlarında ötən günün mənfi tendensiyalarının təsiri hiss olunacaq. Amma günortadan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək.
Qoç – tələsməyin. Səhər saatlarında ötən günün mənfi tendensiyalarının təsiri hiss olunacaq. Amma günortadan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək.
Buğa – ailə üzvləri ilə münasibətlər xüsusi diqqət tələb edən sahədir. Sülhü qorumaq, yaxınlarınızı dalaşmağa qoymamaq sizin şərəfli və məsuliyyətli missiyanızdır. Axşam yaxşı xəbərlər alacaqsınız.
Əkizlər – narahatedici məqam ətrafdakıların sizin hərəkətlərinizə qarşı reaksiyasının birmənalı olmamasıdır: sizi gah həddindən artıq orijinallığa görə danlayırlar, gah da eyni şeyə görə tərifləyirlər.
Xərçəng – bu günü asan adlandırmaq düz deyil. Lakin çətin ki, kefinizi pozsun. Lazım olan nəticəni əldə etmək olar. Lakin buna hansısa qeyri-adi üsullarla nail olmaq lazımdır.
Şir – ev işləri üçün münasib gündür. Evi bəzəmək, mətbəxdə eksperimentlər etmək, qeyri-adi romantik görüşlər barədə fikirləşmək olar. Bir sözlə, fantaziyanıza sərrbəstlik verin.
Qız – gün sakit və xoş keçəcək. Başgicəlləndirici uğurlar olmasa da, yeni, müsbət dalğaya köklənirsiniz. Bu, əbəs deyil. Çox uğurlu dövrə hazırlıq mərhələsi başlayır. Yeni işlərə başlamaq, qarşıya yeni vəzifələr qoymağın əsl vaxtıdır.
Tərəzi – yaxınlarınızla münasibətlə güzəştə gedin. Əks təqdirdə sizin inadkarlığınız rişxənd üçün səbəb ola bilər. Bununla belə, sizin fikrinizdən dönməməyiniz ətrafdakılarla münasibətlərdə ciddi gərginliyə səbəb olmayacaq.
Əqrəb – əməkdaşlığa başlamaq üçün pis gün deyil. Sizinlə birgə fəaliyyətdə maraqlı olduqlarını hiss etdirən adamlarla da əməkdaşlığa başlaya və öz şərtlərinizi diktə edə bilərsiniz.
Oxatan – dünənki qədər çox şey vəd edən olmasa da, pis gün deyil. Bu gün hadisələrə real baxacaq, onları mümkün olduğu qədər obyektiv qiymətləndirəcəksiniz.
Oğlaq – tələskənliyə yol verməyin. Sadə davranın, təşəxxüslü olmayın. Bir qədər soyuqqanlılıq və sağlam düşüncə nümayiş etdirsəniz, gün ərzində bir çox xoşagəlməz vəziyyətlərdən özünüzüsü sığortalaya bilərsiniz.
Dolça – lovğalığın cəzası ağır olacaq. İnvestisiyalarla ehtiyatlı olmaq lazımdır. Nə sərf etməyinizin fərqi yoxdur, pul və ya güc, bunun qarşılığında nə qazanacağınızı vaxtında düşünməlisiniz.
Balıqlar – pis gün deyil. Məhsuldar və maraqlıdır, amma təhlükələrdən də xali deyil. Xüsusilə, qarşısına həddindən artıq yüksək məqsədlər qoyan, imkanlarını olduğundan da yüksək qiymətləndirən adamlar üçün olduqca uğursuz gün ola bilər.