Qoç – günün ilk yarısında dünənki gərgin hadisələrin nəticələri stabilləşəcək. Konstruktiv ideyalar yaranacaq, işin məhsuldarlığı artacaq. İş yerində qayda yaradın, tapşırıq və öhdəlikləri tam yerinə yetirin. Təmir, texnika və avadanlığın nöqsanlarının aradan qaldırılması üçün əlverişli gündür.
Qoç – günün ilk yarısında dünənki gərgin hadisələrin nəticələri stabilləşəcək. Konstruktiv ideyalar yaranacaq, işin məhsuldarlığı artacaq. İş yerində qayda yaradın, tapşırıq və öhdəlikləri tam yerinə yetirin. Təmir, texnika və avadanlığın nöqsanlarının aradan qaldırılması üçün əlverişli gündür.
Buğa – orqanizm üçün təmizləmə prosedurları, pəhriz, fiziki iş xeyirlidir. Özünüzü soyuğa verməyin. İnfeksiyaya yoluxma riski böyükdür. Təmasları işgüzar əlaqələrlə məhdudlaşdırın. Əyləncə və romantik görüş üçün uğursuz gündür.
Əkizlər – təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun. Yaxşı düşünülmüş, səbatlı özülə malik işlərdə uğur qazanacaqsınız. Günün ilk yarısı iş üçün rahat şərait yaradın, tələskənlik və ya münaqişələrə qarışmayın. Yeni eksperimentlərə başlamayın, kimisə sınağa çəkməyin.
Xərçəng – stabilliyinizə təhlükə yaradan mürəkkəb situasiyalarda çevik davranın. İnad və qətiyyətiniz, kiməsə boyun əymək niyyətində olmamağınız hər şeyi öz məcrasına qaytara bilər. Başqalarının ümidsiz qalacağı yerdə siz təşəbbüsü ələ alın.
Şir – şəxsi münasibətlər üçün çətin gündür. Mənasız söhbətlərdə iştirak etməyin, amma ailə üzvü və ya iş yoldaşınızı darda qoymayın. Heç nəyi mürəkkəbləşdirməyin.
Qız – hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq.
Tərəzi – qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin.
Əqrəb – birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe tutaraq başa vurun.
Oxatan – rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin episentrində olsanız, soyuqqanlı davranın.
Oğlaq – arzularınızdan biri reallaşa bilər. Gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında daha konkret olacaq.
Dolça – işlə bağlı məsələlərə maksimum diqqət ayırın. Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın.
Balıqlar – ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə istənilən adamla dil tapmağa çalışın.