Qoç – hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.
Qoç – hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.
Buğa – aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.
Əkizlər – günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var.
Xərçəng – işdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın.
Şir – pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.
Qız – uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz.
Tərəzi – hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil. Yeni işgüzar perspektivlər yaranır.
Əqrəb – səfər və ezamiyyət üçün düşərli gündür. Uzaqdan gəlmiş insanla ünsiyyət, yeni plan və ya birgə fəaliyyət məcrasının nəzərdən keçirilməsi mümkündür.
Oxatan – Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Evdə təmir planlaşdırıbsınızsa, zəruri materialları, boya və s.-ni almağa tələsin. Qarşıdan yay gəlir, qiymətlər qalxacaq.
Oğlaq – danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın.
Dolça – nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var. Təcrübə mübadiləsi, başqalarının ideyalarının müzakirəsi, konfrans və seminarda iştirak üçün yararlı gündür.
Balıqlar – yeni nə isə öyrənmək imkanını əldən verməyin, dünyagörüşünüzü artırın. Yeni maraqlar peyda ola bilər. Axşam saatlarında əylənin. Alış-verişdə bədxərclik etməyin.