backend

Astroloji proqnoz – 12 dekabr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər. 

Qoç – uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər.

Buğa – münasibətlərdə harmoniyanı qısqanclıq və şübhə poza bilər. Gəlir və hədiyyə istisna deyil. Onlar gözlədiyiniz qədər böyük olmayacaqlar.

Əkizlər – adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.

Xərçəng – qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq.

Şir – dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyinizi almaq istədiyiniz insanlarla görüş üçün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq.

Qız – günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.

Tərəzi – səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.

Əqrəb – yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər. Günün ikinci yarısında problemlərinizi inandığınız insanlarla müzakirə edin.

Oxatan – özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin.

Oğlaq – yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz.

Dolça – köç, təmir, interyer dəyişikliyi məsləhət deyil. İstənilən texnikadan istifadə edəndə diqqətli olun. Səfər və ya səyahət çox vaxt alacaq. Axşam saatlarında stresslərdən qurtularaq dincəlməyə çalışın.

Balıqlar – planları sürətlə dəyişmək lazımdır və bu, təbii ki, sizi sevindirmir. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyir, amma bunu mövcud situasiyada necə etmək gərəkdiyini bilmirsiniz