Qoç – emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.
Qoç – emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.
Buğa – gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.
Əkizlər – vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın. Planlarınızı kimsə ilə bölüşməyin.
Xərçəng – niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.
Şir – alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır. Bədxərclik etməyin. Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.
Qız – əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.
Tərəzi – yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.
Əqrəb – ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin. Axşam saatlarında istirahət və əyləncəni unutmayın. Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.
Oxatan – çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.
Oğlaq – işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın.
Dolça – tanışlarınız dəyərli məsləhətlər verə bilərlər. İşlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz.
Balıqlar – qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar. Yanınızda kimsəni darıxmağa qoymayın.