Qoç – Oberon və Fobosun münasibətləri iş şəraitinə yenilənmə, aktivləşmə verə bilər. Mühüm məsələlərin həlli üçün yaxşı fondur. Kollektivdə birgə iş yaxşı nəticə verə bilər. İntuisiyanızı işə salın.
Qoç – Oberon və Fobosun münasibətləri iş şəraitinə yenilənmə, aktivləşmə verə bilər. Mühüm məsələlərin həlli üçün yaxşı fondur. Kollektivdə birgə iş yaxşı nəticə verə bilər. İntuisiyanızı işə salın.
Buğa – diqqətinizi iş prosesindən ayırmayın. Əks təqdirdə, sonrakı günlərdə yerinə yetirməli olduğunuz işlərin sayı arta bilər. Bədxahların tələsinə düşməyin.
Əkizlər – sənədlərdə dəqiqlik və səhihliyə fikir verin. Xoşladığınız işlərə axşam saatlarında vaxt ayırın. Bununla belə, məqsədi və hədəfi unutmayın. Qətiyyətli davranın.
Xərçəng – Aktiv, təşəbbüskar, qıvraq və çevik olun. Həllinə doğru çoxdan bəri irəlilədiyiniz məsələnin gündəmə gəlməsi mümkündür. Lakin planlarınız doğurlmayacaq. Məlumat toplayın, bundan sonrakı addımlarınızı müzakirə edin, amma olaylara süni təkan verməyin.
Şir – Erida və İonun münasibətləri günü xəbər, zəng, danışıq, xahiş və tələb sarıdan bol edəcək. İdeyalarınız və konstruktiv təklifləriniz cavabsız qala bilər.
Qız – həyat sizi qeyri-adi imkanla üzbəüz qoya bilər. İlkin mərhələdə dağıntılar mümkündür. Yeniliyi yoxlayın, əlavə sınaqdan keçirin.
Tərəzi – ünsiyyəti bir qədər məhdudlaşdırın, qonaq dəvət etməyin. Yaşam məkanında yeni, prinsipial heç nəyə başlamayın. Aktiv olun, süstlük etməyin. Yüz ölçüb, bir biçin.
Əqrəb – təxtirəsalınmaz iş, müdaxilə sinirlənməyə səbəb olacaq. Evinizi, ailənizi kənar təsirdən və münasibətlərə qarışmaq cəhdlərindən maksimal dərəcədə qoruyun.
Oxatan – Umbriel və Kallistonun münasibətləri sizdən bu gün rasional, müdrik davranış tələb edir. Ailə üzvünüz və ya yaxın qohumunuzla bağlı qəfil xəbər gələ bilər.
Oğlaq – İşdə yoxlama, günahkar axtarışı, habelə yanlışlıqların aradan qaldırılması ilə bağlı tapşırıq istisna deyil. Faydalı iş əmsalını artırmaq üçün avadanlıq və ya vasitəni dəyişmək olar. Məsləhətlərdən yararlanın.
Dolça – qarşılıqlı anlaşmaya çətinliklə nail olduğunuz insanla maraqlana bilərsiniz. Mübahisələr və ya münaqişələr aktivliyinizi artıracaq. Bədxərclik etməyin.
Balıqlar – nagahani hadisə planlaşdırılmış olaydan daha yaxşı ola bilər. Səbrsiz olsanız, ətrafdakı insanlara təzyiq etsəniz, nigaranlığınız gerçəkləşə bilər.