Astarada ağac kəsiminə görə cinayət işi başlanıldı

Astarada ağac kəsiminə görə cinayət işi başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır. 

Bu barədə  DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.