Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı – VİDEO

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlanıb.

Bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” proqramında bildirib.

O, qızın nişan fotosunu da yayımlayıb.

Aparıcı bildirib ki, hadisəni dəqiqləşdirmək üçün ötən gün Astaraya yollanıb:

“Ötən həftə belə hadisə oldu, mən efirdə müraciət etdim ki, belə hal olsa müraciət edin. Qaynar xəttimiz susmur, nə qədər belə qızlarımız var. Bu dəfə də xəbər gələndə, foto istədim. Çünki mənim ötən gün döydüyüm qapıda az qala and içələr ki, belə bir hal yoxdur. Astaranın Kakalos kəndinə getdik. Bir icra məmuru sual verir ki, gəlişiniz məhz cənub rayonlarınadır? Dedim, yox, bütün ölkə ərazisinə”.

L.Azərtaş bildirib ki, ailə artıq toy tarixini də dəqiqləşdirib:

“2024-cü ilin martında toy olacaq xəbərini aldım. Belə çıxır ki, 18 yaş gözlənilməyəcək. Qızın hazırda 16 yaşı var, 14 yaşından nişanlanıb. Bizi aldatmaq istədilər ki, qız 16 yaşında nişanlanıb, 2 il sonra toydur. Vəsiqəyə baxanda isə gördük ki, yalan deyirlər. Qız 2007-ci ildə dünyaya gəlib. Nişan 14 yaşında olub. İndi 16 yaşı var.

Hətta qızın ər evinə göndərilməsinə də vaxt tapıblar. Biz hadisə yerinə çatmamış, xəbər tutublar və qız qayınanasının evindən götürülüb ata evinə aparılıb. Bizə isə dedilər ki, qız qayınana evinin ab-havasına öyrəşmək, ailə həyatına uyğunlaşmaq üçün oraya “deportasiya” edilir.

Getdik evlərinə, çəkilişə mane olmaq istədilər. Qıza sual verəndə isə, bir arzusu olduğunu dedi: oxumaq”.//Axşam.az