Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət məsələsində razılığa gəliblər.
Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət məsələsində razılığa gəliblər.
TİA.AZ “Anadolu”ya istinadla xəbər verir ki, razılığa əsasən, bölgədə əməliyyat şəraitinə nəzarət olunması məqsədilə üçtərəfli mexanizmin qurulması qərara alınıb.
Gündəlik müşahidələr nəticəsində atəşkəsin pozulması hallarına rast gəlinlərsə, Türkiyə, Rusiya və İran öz nüfuzlarından istifadə edərək əməliyyatların dayandırılması barədə münaqişə tərəflərinə təsir göstərəcəklər.
Qeyd edək ki, Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.