Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ərəfəsində şəhərin küçə monitorlarında Azərbaycan bayrağının təsviri nümayiş etdirilib.
Tribunainfo.az APA-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti video yayıb.
Kadrlarda axşam saatlarında şəhərin mərkəzi prospektlərini Azərbaycan bayrağı ilə bəzəyən LED ekranlar əks olunub.