Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər dekabrın 30-dan etibarən bir ay müddətinə ləğv edilib.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Türkmənistan” aviaşirkəti məlumat yayıb.
“Türkmənistan” aviaşirkəti 30.12.24-31.01.25 tarixləri arasında Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslərin ləğv edildiyini bildirir. Siz pullarınızı tam həcmdə geri ala bilərsiniz”, – məlumatda qeyd olunub.