Assambleya Avropa Şurasının bütün dövlətlərini seçkilərdən sonra Putinin legitimliyini tanımamağa çağırıb.Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı diktatura kimi tanıyıb və bütün Avropa Şurası dövlətlərini Rusiya prezidenti Vladimir Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra onun legitimliyini tanımamağa çağırıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Teleqramında güclü səsə görə AŞPA-ya təşəkkürünü bildirən idarənin rəhbəri Dmitri Kulebaya istinadən məlumat verilib.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Rusiya Konstitusiyasına bu ölkənin rəhbəri Vladimir Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan verən dəyişikliklərin legitimliyi ilə bağlı narahatlığını bildirib.