Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.
Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.
TİA.AZ bildirir ki, AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sualı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva verib.
O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına star verilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının əhəmiyyətinə toxunub, bu haqda danışıb və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə konkret hansı işlər görülüb deyə sual edib.
Çex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Zoaralek Lubomir deputatımızin tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.