AŞPA həmməruzəçiləri yenə Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennax və Sezar Florin Predanın Bakıya növbəti səfərlərinin tarixi açıqlanıb. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennax və Sezar Florin Predanın Bakıya növbəti səfərlərinin tarixi açıqlanıb.

S.Şennax Report-a açıqlamasında deyib ki, həmməruzəçilər sentyabr ayında Azərbaycana gələcəklər.

Onun sözlərinə görə, Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabatın ilkin versiyası da sentyabrda hazır olacaq.

Həmməruzəçi bildirib ki, Azərbaycana səfərləri zamanı hesabatı təqdim edəcəklər:

“Sənədin son versiyası isə AŞPA-nın oktyabr ayında keçiriləcək payız sessiyasına qədər hazır olacaq”.

Qeyd edək ki, hesabatın AŞPA-nın oktyabr ayında keçiriləcək payız sessiyasında müzakirə olunması planlaşdırılır.

Xatırladaq ki, həmməruzəçilər iyunun 12-14-də Azərbaycana səfər ediblər. Səfər zamanı onlar Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Ombudsman Aparatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda, Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə bir araya gəliblər.