AŞPA həmməruzəçiləri Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda gələn həftə Azərbaycana səfər edəcəklər. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda gələn həftə Azərbaycana səfər edəcəklər.

AŞPA-nın mətbuat xidmətindən Report-a verilən məlumata görə, iyunun 12-dən 14-dək baş tutacaq səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri və Ombudsman ilə görüşlər keçirməyi planlaşdırırlar.

Həmçinin Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcəklər.