Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay plenar iclasında cümə axşamı, iyunun 22-də Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi məsələsinin təcili müzakirəsi keçiriləcək.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə AŞPA nümayəndə heyətinin üzvü Arusyak Culhakyan məlumat verib.
Xatırladaq ki, AŞPA-nın iyunun 19-23-də keçiriləcək Yay Plenar Sessiyasının mühüm məqamlarından biri Rusiyanın Ukraynaya təcavüzünün siyasi nəticələrinin, habelə Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarında iştirakının təcili birgə müzakirəsi olacaq.
Assambleyada həmçinin miqrasiya məsələsi ilə bağlı birgə müzakirələr aparılacaq, miqrant və qaçqınların inteqrasiyası ilə bağlı üç hesabat müzakirə olunacaq.