Aşotyan: “Qarabağı ermənilər döyüşmədiyinə görə itirdik”

Aşotyan: “Qarabağı ermənilər döyüşmədiyinə görə itirdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan münaqişəsinin “Trampın rəhbərliyi altında” həlli vəziyyəti daha da mürəkkəbləşdirə və Ermənistan üçün problem yarada bilər”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyanın müavini Armen Aşotyan “Panorama” saytına açıqlamasında deyib.

Onun iddiasına görə, Vaşinqtonda imzalanacaq istənilən sənədin ömrü bir neçə saat çəkəcək. “Biz bunu 44 günlük müharibə zamanı da görmüşük. Həmin vaxt Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə əldə olunan nəticələr heç bir saat keçməmiş pozuldu”.

Aşotyan bildirib ki, Qarabağn Rusiya tərəfindən Azərbaycana “verilməsi” iddiası ilə razılaşmır. “Rusiyanın Qarabağı təhvil verməsi ilə razılaşmıram. Nə qədər qəddar səslənsə də, Qarabağ erməni xalqının döyüşməməsi nəticəsində əlimizdən çıxdı”.

P.S. Adama sual verərələr ki, Qarabağı rəşadətli Azərbaycan Ordusu işğaldan azad edib. Ermənilər döyüşsəydilər, guya, nəsə olacaqdı? Uzağı özlərini qırğına verəcəkdilər.

İkincisi, ermənidə o ürək harda idi ki, Azərbaycan cəngavərlərinin qarşısında duruş gətirsin?

Fərda Uğur