“ASLANBƏYLƏRİN KONAĞI” HOTELƏ ÇEVRİLDİ – FOTO

“ASLANBƏYLƏRİN KONAĞI” HOTELƏ ÇEVRİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə olduğu kimi Azərbaycanda da bir vaxtlar izlənmə rekordları qırmış “Hərcai” serialının çəkildiyi möhtəşəm ev qonaq evi-hotel kimi fəaliyyətə başlayıb.

Tribunainfo.az xəbər verir ki, Türkiyədə olan jurnalist Vüsal Tağıbəyli bu barədə kiçik məlumat paylaşıb. O bildirib ki, sözügedən ev film çəkilişləri zamanı məşhurlaşdığı üçün sahibi onu olduqca yüksək məbləğə satıb.
Bir iş adamı tərəfindən alınan möhtəşəm malikanəyə turist cəlb edə bilmək üçün yeni sahibi qonaq evinə elə filmdə olduğu kimi “Aslanbəylər Konağı” adı verib. 8 yataq otaqlı böyük qonaq evi uzun müddətdir ki, turistlərin ən sevimli yerinə çevrilib.
Filmin baş qəhrəmanları Miran və Reyyan Aslanbəylərin otağının bir gecəlik qiyməti isə digərlərindən daha yüksəkdir.