Asiyanın ən zəngin insanının adı açıqlandı

Asiyanın ən zəngin insanının adı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Reliance Industries” şirkətinin həmtəsisçisi Mukeş Abmani Asiyanın ən zəngin insanı elan edilib.
O, “Alibaba Group”un təsisçisi Çek Manı arxada qoyub.
Abmaninin var-dövləti $44,3 mlrd, Manınkı isə – $44 mlrd təşkil edir.
Abmani yaxınlarda “Reliance Industries”in 2025-ci ilə qədər 2 dəfə inkişaf edəcəyini proqnozlaşdırıb. Onun fikrincə, bu, genişzolaqlı 4G İnternetinə çıxışı təmin edən “Jio” servisi hesabına mümkün olacaq.
Müəllim oğlu olan Ambani Hindistana poliesterin idxalı hesabına zənginləşib. 2000-ci illərin əvvəlindən şirkət mobil kommunikasiyalarla məşğul olmağa başlayıb, sonralar isə fəaliyyətini neft-qaz sahəsinə də genişləndirib. (oxu.az)