“Qızla tanış olub danışırıq, bir-iki il sevgili kimi gəzirik, amma evlənmək məsələsinə gələndə ayrılırıq. Elə bil mənə əməl, cadu ediblər”.
Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib.
Aşıq bu məsələdə qızları ittiham edib:
“Yəqin ki, qızlar edirlər, qısqanırlar. Evlilik alınmırsa, deməli, nəsə var. Cadu var və mən buna inanıram”.
“Sizə cadu edən qadını tanıyırsıznızmı” sualına aşığın cavabı belə olub:
“Qızlar edir, amma bilmirəm hansı edir cadunu. Nə bilim, hər gün Quran oxuyuram, hər həftə 7 ziyarətə gedirəm. Əgər, bir adama cadu edilibsə, bir-birinin ardınca 7 ziyarətə getsə, pozulur. Kim-kimə pislik edirsə, Allah onun bəlasını versin. Mən heç kimə pislik etmirəm”.