“ASİA TİMES”: “NOYABRIN ORTALARINDA QARABAĞDA MÜHARİBƏ BİTƏCƏK”

“ASİA TİMES”: “NOYABRIN ORTALARINDA QARABAĞDA MÜHARİBƏ BİTƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Ordusu işğal altında olan Qarabağda apardığı hərbi əməliyyatlar ən kritik həddə çatıb. TİA.AZ xəbər verir ki, artıq Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ermənilərin geri çəkildiyi və şəhərin Azərbaycan Əsgərinin nəzarəti altına düşdüyünə dair xəbərlər də var.
Bölgənin ən kritik nöqtəsi hesab olunan Şuşadan reportaj hazırlayan “Asia Times” qəzetinin kanadalı müxbiri Neil Hauer yazır ki, artıq müharibənin sona çatmasının qərar vermə anı yaxınlaşır. “Şuşa şəhərinin ermənilərin əlindən çıxmasının anlamı nədir? Sadəcə, noyabr ayının ortalarında Qarabağdakı müharibə başa çata bilər”.
Haur daha sonra yazır ki, Şuşa şəhərinin taleyi eyni zamanda müharibənin də taleyini həll edir. Onun sözlərinə görə, artıq ermənilərin şəhəri qorumaq gücü qalmayıb. “Şuşada ermənilər Azərbaycan Ordusunun qarşısında duruş gətirəcək gücdə deyil. Eyni zamanda, Şuşaya sahib olmaq ondan 10 kilometrlərlə uzaqda olan Xankəndinin də əldə çıxması deməkdir”.