“Asel Kredit” BOKT 25 min manat cərimələnə bilər – SƏBƏB

“Asel Kredit” BOKT 25 min manat cərimələnə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Asel Kredit”in işinə 7 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

BOKT-un mövqeyini işıqlandırmağa hazırıq.

Nigar