“ASCO Arena”da Bakı dueli, “Neftçi” Sumqayıtda qonaq olacaq

“ASCO Arena”da Bakı dueli, “Neftçi” Sumqayıtda qonaq olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Səbail” “ASCO Arena”da “Sabah”ı qəbul edəcək. Klublar indiyədək ölkə çempionatında 18 dəfə qarşılaşıblar. Bunların 5-də “Səbail”, 9-da “Sabah” qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də “Sabah”ın üstünlüyü var – 24:13. “Sabah” son 6 görüşdə qol buraxmayıb. “Səbail” son üç ev matçında quru hesabla uduzub.

Digər qarşılaşam Sumqayıtda keçiriləcək. “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olacaq.
İndiyədək Premyer Liqada 42 dəfə üz-üzə gələn komandaların duelinda “ağ-qaralar” 21, sumqayıtlılar isə 12 dəfə sevinib. Qalan 9 qarşılaşma heç-heçə nəticələnib.Top fərqi “Neftçi”nin xeyrinədir – 65:46. “Neftçi” son 5 oyunda ən azı 2 qol vurub. “Sumqayıt” 8 matçdır rəqibinə qalib gəlmir.

Azərbaycan Premyer Liqası, 29-cu tur

8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

20:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.

Turun dünən keçirilən ilk matçında aşağıdakı nəticə qeydə alınıb.

“Qəbələ” – “Zirə” 2:1

“Qarabağ” – 74, “Sabah” – 65, “Neftçi” – 57, “Qəbələ” – 39, “Zirə” – 38, “Turan Tovuz” – 28, “Kəpəz” – 25, “Sumqayıt” – 24, “Şamaxı” – 20, “Səbail” – 18