Bu ilin birinci yarısında Azərbaycan Sənaye Bankında vətəndaşların müddətli depozitləri 316 milyon 428 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatın istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 607 min manat və ya 5,6 % azdır. 2023-cü ilin birinci yarısında bankdakı müddətli depozitlərin həcmi 335 milyon 35 min manat olub.
Bu dövrdə bankda fiziki şəxslərin müddətli depozitlərinin həcmi 282 milyon 181 min manat olub ki, bu da, illik müqayisədə 22 milyon 979 min manat, yaxud da 7,5 % azdır. Keçən ilin müvafiq dövründə bankda fiziki şəxslərin müddətli depozitlərinin həcmi 305 milyon 160 min manat idi.
Bankda hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 34 milyon 247 min manat olub. Bu, illik müqayisədə 4 milyon 372 min manat və ya 14,6 % çoxdur. Ötən ilin birinci yarısında bankda hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 29 milyon 875 min manat olub.