backend

“ASAN xidmət kimi model yaratmağa çalışırıq” – Fransanın Dövlət katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. “ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik. Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. “ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik.

TİA.AZ xəbər verir ki, bu sözləri Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində bildirib. 

Azərbaycan ilə Fransa arasında yaxşı dostluq münasibətlərinin olduğunu bildirən Jean-Vincent Plase deyib: “Azərbaycana üç günlük səfərim çərçivəsində bir sıra görüşlər keçirəcəyəm. Əsas məqsəd Fransada əhaliyə operativ, şəffaf xidmət modelinin yaradılması ilə bağlı fikir mübadiləsi aparmaqdır. Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində də bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfərim zamanı Bakının bir sıra görməli yerlərini də ziyarət edəcəm”.