backend

“Asan İmza” xidməti “Azexport.az” portalı ilə inteqrasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış www.azexport.az portalı ilə inteqrasiya edilib. 

“Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış www.azexport.az portalı ilə inteqrasiya edilib.

Qeyd edək ki, portalın təqdimatı 20 dekabr tarixində baş tutub və təqdimatın gedişində tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

“Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini www.azexport.az internet resursunda qeydiyyatdan keçirmək istəyən sahibkarlara geniş imkanlar təqdim edir. “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Belə ki, əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman sahibkar əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.

Bununla yanaşı, “Asan İmza” xidməti tamamilə təhlükəsiz xidmətdir və istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını bütünlüklə alır, belə ki xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.

“Asan İmza” xidmətinin “Azexport.az” portalı ilə inteqrasiyası innovativ bir həlldir və bu imkan verir ki, sahibkar qısa müddət ərzində internet resursa giriş imkanı əldə etsin və öz məhsulunu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda təqdim etsin. Belə ki, “Azexport.az” portalının məlumat bazası “eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib.

Qeyd etmək lazımdır ki, “Asan İmza” məhsulu da həmçinin innovativ bir xidmət və “Made in Azerbaijan” brendi olaraq “Azexport.az” portalında qeydiyyatdan keçib. Artıq “Asan İmza” xidmətində maraqlı olan müxtəlif dövlətlər bu texnologiyanın təsviri ilə ətraflı şəkildə tanış ola və Azərbaycan texnologiyasının öz ölkələrində inteqrasiyası ilə əlaqədar müvafiq danışıqlar apara bilərlər.

“Asan İmza” haqqında

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə və sənədləri imzalamağa imkan verən texnologiyadır. “Asan İmza” dövlət və

özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş imkanı qazandırır, rəqəmsal şəkildə hər kəsin öz şəxsiyyətini təsdiq edərək istifadə edəcəyi əməliyyatları imzalamağa imkan verir. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası dünyanın bir sıra dövlətlərində keçirilən nüfuzlu sərgi və konfranslarda “Made in Azerbaijan” brendi altında fəal şəkildə təqdim olunur.

“Azexport.az” portalı haqqında

“Azexport.az” resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.