“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 19-20 dekabr 2016-cı ildə Ismayıllı rayonunda “Açıq hökümətin təşviqində ASAN idarəçilik” adlı tədbir həyata keçirib. “Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 19-20 dekabr 2016-cı ildə Ismayıllı rayonunda “Açıq hökümətin təşviqində ASAN idarəçilik” adlı tədbir həyata keçirib.
Tədbirin əsas məqsədi Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi Prezident cənab İlham Əliyevin imzaladığı “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına dair təşəbbüslərdə Asan idarəçiliyin təbliği layihəmizin əsas mahiyyətini kəsb edir. Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, korrupsiyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Tədbirdə İsmayıllı rayonu icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri, layihənin koordinatoru Anar Sarıyev, Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Qubadzadə və digər rəsmi şəxslər çıxış etmişlər. “Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi tərəfindən Açıq hökümətin təşviqi, ASAN inzibatçılığın tətbiqi və vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə İsmayıllı rayonu icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovu “Təşəkkürnamə” ilə təltif edilmişdir.