Çox təəssüf… Savadlı, dünyagörüşlü, vətəninə bağlı, torpağını, işini, insanları sevən, qəlbi dolu, genişqəlbli, şeir ruhlu, köməksizlərin yanında olan, türk xalqının sevimlisi – Qənirə Paşayeva çox tez getdin”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yazıb.
Aktrisa ötən gün 48 yaşında dünyasını dəyişən millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb:
“Arzuları çox idi: Xankəndinə gedəcəkdi. Şeir dolu qəlbi, gözəl nitqi ilə “Şükür, arzularımız gercəkləşdi” deyəcəkdi. Sizdən çox yazmaq, danışmaq olar. Xalqın gözəl, vətənsevər, mərd bacısı idi. Qəlblərdə yaşayacaq, sözün həqiqi mənasında. Allah rəhmət eləsin. Günəş kimi patlaq üzlü, xalqın Qənirəsi”.