ARYE QUT:”ERMƏNİSTAN İSRAİLDƏN SİLAH ALA BİLMƏZ”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur”. 

“10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur”

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsrail müstəqil dövlət kimi istənilən 

dövlətlə münasibət qurmaqda sərbəstdir: 

“Ancaq niyə işğalçı Ermənistan və niyə indi? Hələ üstəlik Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan sanki Azərbaycana mesaj yollayırmış kimi “İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər” açıqlamasını səsləndirib.

Birincisi, İsraildən silah almaq üçün pul lazımdır, İrəvanın pulu olsaydı silah almaq üçün ağası Rusiyaya dilənməzdi. İrəvan Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olub. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə İsraildən bahalı silahlar ala bilməyəcək, ancaq nəsə də ala bilər”.

Politoloq deyir ki, burda İranın da mövqeyi maraqlıdır: “Ayrı vaxt Bakıya hər gələn israilli nazirə görə bizi topa tuturlar, bəs İsrailin regional əməkdaşlıq naziri, özü də keçmiş kabinetlərdə xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərinə niyə reaksiya bildirmirlər? Bizə qaldıqsa isə mənə elə gəlir ki, diplomatik kanallarla Tel-Əvivdən İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməyə ehtiyac var”. 

“Cəmiyyət üçün Beynəlxalq Layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut isə  bildirdi ki, İsrailin Ermənistana silah satması məsələsi yalandır: “Heç bir silah ticarəti sazişi imzalanmayacaq. Onlar silah ala bilməzlər, bu mümkün deyil”.

İsrailli politoloq bu barədə CBC telekanalına da açıqlama verib:

İlahə