Ankaranın Sincan rayonunun Malazgirt qəsəbəsində yaşayan Hasan Şimşək (34) saat 15:00 radələrində evə gedib.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, qapı açılmayanda zəngi basıb öz açarı ilə içəri girən Şimşək evdə həyat yoldaşı Esma Şimşək (23) və qonşusu Alihan Hızarcını (27) görüb.
Daha əvvəl də arvadının qonşusu ilə onu aldatdığını iddia edən Şimşək arvadı və qonşusu ilə mübahisə etməyə başlayıb, daha sonra mətbəxə keçərək aldığı çörək bıçağı ilə həyat yoldaşına və qonşusuna hücum edib. Bir çox yerindən bıçaq xəsarətləri alan Esma Şimşək və Alihan Hızarcı hadisə yerində dünyasını dəyişib.
Həsən Şimşək qətllərdən sonra özünü təbii qaz borusundan asaraq intihar edib. Hadisələr zamanı Şimşək cütlüyünün iki azyaşlı uşağının evdə olduğu müəyyən edilib. Səs-küy və qışqırıqlardan sonra qonşuların xəbəri üzərinə çoxlu polis və sağlamlıq qrupları evə gəlib. Araşdırma zamanı hər 3 nəfərin həyatını itirdiyi öyrənilib. Meyitlər yarılmaq üçün Məhkəmə Tibb İnstitutuna aparılıb. Cütlüyün övladları dövlət himayəsinə götürülüb.