Kilisdə baş verən dəhşətli hadisədə həyat yoldaşını və 3 uşağını boğaraq və qayçı ilə öldürən şəxsin intihar etməzdən əvvəl sosial şəbəkədə video paylaşdığı məlum olub. Tribunainfo.az Sondakikahaber saytına istinadən xəbər verir ki, həmin şəxs paylaşdığı videoda qətlləri niyə törətdiyini açıqlayıb.
Qonşunun xəbəri ilə hadisə yerinə həkim və polis briqadası göndərilib.
Paylaşdığı videoda o, bildirib ki, “həyat yoldaşım məni sevirdi və hörmət edirdi. Mən də onu sevirdim, o mənə xəyanət də etməyib. Yoxsulluqdan bezdim, başqası kimi dilənmək istəmirəm”.