Arvadını qucaqlayan müəllimi baltalayan şəxslə bağlı QƏRAR

Arvadını qucaqlayan müəllimi baltalayan şəxslə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldəniz Səfərovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Eldəniz Səfərov 2024-cü ilin sentyabr ayının sonlarında Cəlilabad rayonu, Ağdaş kənd tam orta məktəbinin həyətində həmkəndlisi, zərərçəkmiş Fərasət Budaqov (soyadı şərtidir) onun arvadını qucaqlayaraq öpməsini görüb. Həmin vaxt o, zərərçəkmiş şəxsin hərəkətlərinə heç bir münasibət bildirməsə də, onların arasında yaxın münasibət olmasından şübhələnib.

Sonra Eldəniz qəzəblənib və arvadından bunun səbəbini soruşub. Qadın deyib ki, Fərasət müəllim məktəbdə işləyən digər xanım əməkdaşlara qarşı da belə edir.

Eldənizlə arvadı arasında soyuqluq yaranıb və qadın atası evinə gedib. Bunu özünə təhqir hesab Eldəniz qisas almaq qərarına gəlib. Maska taxaraq Fərasətin evinə gedib. İttihama görə, Eldənizin əlində balta olub və evə girən kimi Fərasətə zərbələr endirib. Bu zaman onun xanımı Rəsmiyyə onları aralamağa çalışıb. Həmin vaxt qadın da xəsarət alıb.
Evdə olan digər şəxslərin müdaxiləsi ilə Eldənizin əlindən baltanı alıblar.

Eldəniz ifadəsində deyib ki, Fərasəti öldürmək niyyəti olmayıb. O, Fərasəti qorxutmaq istədiyini, söhbət etmək istədiyini deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Səfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.