Goranboyda ər arvadına ağır xəsarət yetirib.
Goranboyda ər arvadına ağır xəsarət yetirib.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xınalı kəndində baş verib.
Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.
Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
Qeyd edək ki, ailənin 3 övladı var.