Arvadından boşanmaq istəyən şəxs onu gizlincə videoya çəkdi, sonra döydü

Arvadından boşanmaq istəyən şəxs onu gizlincə videoya çəkdi, sonra döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kərəm Kərəmovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Kərəm Kərəmov 2023-cü ildə avqust ayının 6-dan 7-nə keçən gecə, saat 00 radələrində 01 iyul 2020-ci il tarixdə boşandığı keçmiş arvadı, zərərçəkmiş Günay Əsədovanın (şərti) yaşadığı Mingəçevir şəhərində yerləşən mənzilin qarşısına gəlib. O, mənzilin pəncərəsindən qadının yataq otağında paltarını dəyişdiyini və telefonla bir nəfər tanımadığı kişi cinsli şəxslə səsgücləndirici vasitəsi ilə danışdığını görüb. Kərəm gələcəkdə məhkəmədə aralarında yaranacaq mülki mübahisə üzrə qanunsuz üstünlük əldə etmək və məhkəmənin qərarı ilə birgə nikahlarından olan övladlarını himayəsində saxlamasına nail olmaq məqsədi ilə zərərçəkmiş şəxsin razılığı və məlumatı olmadan ona məxsus şəxsi və ailə həyatının olan, yəni qadının yataq otağında soyunması, alt paltarında telefonla danışmasını əks etdirən məlumatları gizli qaydada istifadəsində olan telefonla video çəkiliş aparıb. O, bunları qanunsuz topladıqdan sonra Günayın danışdığı şəxsin kimliyini müəyyən etmək niyyəti ilə qadının razılığı əsasında mənzilə daxil olub. O, danışdığı şəxsin kimliyini deməsini tələb etməklə mübahisə yaradıb. Zərərçəkmiş şəxs isə məlumat verməyəcəyini dediyi üçün həmin şəxsi kimliyini müəyyən etmək məqsədi ilə qadının telefonunu götürüb. Lakin Günay ondan telefonu geri almaq istəyərkən əli ilə qadının əlini sıxaraq arxaya qatlayıb. Nəticədə onun əlinə xəsarət yetirib. Sonra Kərəm zərərçəkmiş şəxsin şəxsi və ailə həyatının sirri olan məlumatları özündə əks etdirən video çəkiliş materiallarını “whatsapp”la anasına, ailə üzvlərinə göndərib.

 

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.