Arvadı Bin Ladenlə son gecəsindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin sonuncu həyat yoldaşı Emel əl-Sabah ərinin amerikalı komandolar tərəfindən öldürüldüyü gecə barədə ilk dəfə danışıb. 

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin sonuncu həyat yoldaşı Emel əl-Sabah ərinin amerikalı komandolar tərəfindən öldürüldüyü gecə barədə ilk dəfə danışıb.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Bin Ladenin 11 sentyabr hadisələrindən sonra ABŞ ordusundan qaçışından bəhs edilən “Sürgün: Üsamə Bin Ladenin uçuşu” adlı kitabın müəllifləri Kati Skott-Klark və Adrian Leviyə danışan Emel maraqlı detalları paylaşıb.

Bin Ladenin dördüncü və ən gənc həyat yoldaşı olan Emel axşam yeməyindən qısa müddət sonra yatdıqlarını, sonra elektrikin kəsildiyini bildirib. Qaldıqları evə yaxınlaşan helikopterlərin səsindən diksindiyində söyləyən Emel yataqdan qalxan Bin Ladenin “Amerikalılar gəlir” deyərək qışqırdığını bildirib.

Bin Laden böyük oğlu Xalidə silahı götürməsini tapşırıb. Daha sonra Emel və digər arvadlarından uşaqları götürərək alt mərtəbəyə enməsini istəyib. O, ərinin son sözlərinin “Amerikalılar gəlir. Onların istədiyi siz deyilsiniz, mənəm” olduğunu söyləyib.

 Lakin Emel ən kiçik oğlu Hüseynlə birlikdə yataq otağında qalıb.

Əsgərlər evə daxil olaraq qapıları bir-bir partladıblar. Otağa ilk girən SEAL komandosu Robert Oneillin üzərinə tullanan Emel arxadan gələn əsgərlərdən biri tərəfindən ayağından vurulur. Yerə yıxılan qadın öldürülməsindən qorxduğu üçün özünü bir müddət ölü kimi aparıb.

Emel təslim olmaqdan imtina edən Bin Ladenin vurulduğunu bildirib. Yerə yıxılan “Əl-Qaidə” liderinə digər əsgərlər də atəş açırlar.

Amerika komandoları öldürülən şəxsin Bin Laden olub-olmadığını onun digər həyat yoldaşları Xeyriyyə və Sehamdan da soruşublar. Öldürülən şəxsin Bin Ladin olduğu təsdiqləndikdən sonra “Əl-Qaidə” liderinin cəsədini helikopterə qoyaraq oradan gediblər.

Qeyd edək ki, Üsamə Bin Laden 1998-ci ildən ABŞ Federal Təhqiqat Bürösunun (FTB) ən çox axtarılan terrorçular siyahısında idi. O, 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində Amerika xüsusi təyinatlı dəstəsinin əməliyyatı ilə öldürülüb.