ARUTYUNYAN TEZLİKLƏ AĞDAM YOLU İLƏ BAĞLI AÇIQLAMA VERƏCƏK

ARUTYUNYAN TEZLİKLƏ AĞDAM YOLU İLƏ BAĞLI AÇIQLAMA VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arayik Arutyunyan avqustun 22 və 23-də müxtəlif dövlət, siyasi və ictimai dairələrlə qapalı müzakirələr aparıb.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Laçın dəhlizinə alternativ olaraq Ağdam marşrutundan istifadəyə dair qərar hələ verilməyib. Bunu mətbuat katibi Lusine Avanesyan bildirib.

Eyni zamanda, Arayik Arutyunyan dünən Təhlükəsizlik Şurasının iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini deyib.

“Qərar hələ qəbul edilməyib, lakin müzakirələr davam edir və Arutyunyan yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən dərc edəcək”, – Avanesyan bildirib.