Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak edib.
Oxu.Az xəbər verir ki, baş nazirlər görüş zamanı bir-biri ilə zarafatlaşıblar.
Belə ki, Borisov Rasi-zadədən uçuşun nə zaman başlayacağını soruşub. Azərbaycanlı baş nazir isə “bilmirəm, mən özüm də burada qonağam” deyib.