backend

“ARTSAX”A BADƏ QALDIRAN JİRİNOVSKİNİN ARZUSU REALLAŞA BİLƏRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 17-də Moskva milyonçularının sevimli məkanlarından biri olan “Safis” restoranında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyi qeyd olundu. 

Aprelin 17-də Moskva milyonçularının sevimli məkanlarından biri olan “Safis” restoranında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyi qeyd olundu.

Tədbirin qonaqları arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da olub. Yubileyə həmçinin Liberal Demokrat Partiyasının lideri, “Kremlin danışan dilləri”ndən sayılan Vladimir Jirinovski də qatılıb. Diqqət çəkən məqam bundan ibarətdir ki, yubiley tədbirində Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da iştirak edib. Həmin tədbirdə Peskov Ara Abramyana nəhayət ki, rus dilini öyrənməyi arzu edib. Jirinovski isə belə bir arzu ifadə edib ki, növbəti yubileyədək Artsax bütün ölkələr tərəfindən tanınsın və ermənilər Araratı (Türkiyə torpaqları – red.) geri qaytarsınlar.

Görəsən, Rusiya rəsmiləri dünyanın heç bir dövləti tərəfindən tanınmamış Dağlıq Qarabağın separatçı rəhbəri ilə eyni tədbirdə oturub sağlıqlara badə qaldırmasından sonra  ATƏT-in Minsk qrupunun həmsədr dövləti Rusiyadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və qərəzsiz vasitəçilik ummağa dəyərmi? 

Politoloq Arzu Nağıyev məsələ ilə bağlı TİA.AZ-a bildirdi ki, rəsmi olaraq, istər Jirinovski, istər Lavrov, istər Peskovun ermənilərin Rusiyadakı rəhbərinin məclisində iştirak etməsi hələ Rusiyanın özünün mövqeyi demək deyil: “Qeyri-rəsmi olaraq, bir daha ondan xəbər verir ki, separatçı rejimlə onların hər birinin əlaqəsi var. Eyni zamanda bu əlaqədə müxtəlif istiqamətdə siyasi təzyiqlərdən istifadə olunur. Məhz buna görə də istər Azərbaycan, istər digər dövlətlər Rusiyanın bu mövqeyini başa düşür. Məlum məsələdir ki, Dağlıq Qarabağ  münaqişəsinin həlli istiqamətində atılan addımlara ancaq mənfi təsir göstərə bilər. Ümumiyyətlə, bu, heç də ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi  deyil, Rusiyada bir sıra ermənipərəst siyasətçilərin mövqeyidir. Biz buna həmişə hazırıq və bu addımları atacağını da daim gözləyirik. Bu istiqamətdə də həmişə öz siyasətimizi qururuq və qurmalıyıq da”.

İlahə