Millət vəkili Fazil Mustafa parlamentin martın 10-da keçirilən növbəti plenar iclasında çıxışı zamanı tütün məmulatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət addım kimi qiymətləndirib.

TİA.AZ xəbər verir ki, F. Mustafa belə bir sənədin hazırlanmasını və qəbulunu olduqca vacib hesab edib:
“Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır. Narkomaniya çox ciddi bəladır. Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabaqlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlidir və vacibdir”.