Artıq danışıqlar zamanı bitdi – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Şimali Koreyanın ballistik raket sınağı keçirməsindən sonra Çini hərəkətə keçməyə çağırıb. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Şimali Koreyanın ballistik raket sınağı keçirməsindən sonra Çini hərəkətə keçməyə çağırıb.


TİA.AZ xəbər verir ki, Heyli ABŞ-ın bundan sonra Şimali Koreyanın raket sınağı keçirməsindən sonra BMT Təhlükəsizlik Şurasının iclasını çağırmayacağını, bu toplantıların onsuz da heç bir nəticə vermədiyini bildirib.

“Çinin bu məsələdə hərəkətə keçməsi lazımdır. Danışıqlar zamanı sona çatdı. Şimali Koreyanın beynəlxalq sülhü təhdid etdiyi aşkardır. Bu ölkə haqqında danışılacaq bir şey qalmadı, Çin hərəkətə keçməlidir. Yaponiya və Cənubi Koreya da təzyiqləri artırmalıdır. Bu, sadəcə ABŞ-ın problemi deyil, beynəlxalq həll lazımdır”, – Heyli bildirib.