ARTIQ ÇƏKİNİ YOX EDƏN YAY PƏHRİZİbackend

ARTIQ ÇƏKİNİ YOX EDƏN YAY PƏHRİZİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən yay aylarından əvvəl gündəmdə olan “arıqlama” prosesi əslində ümumi sağlamlığı da yaxşılaşdıran bir həyat rutininə çevrilə bilər. Vitamin və minerallar baxımından balanslaşdırılmış qidalanma həyat boyu ani arıqlama ehtiyacını aradan qaldırar. Dietoloq İrem Şerolar ən yaxşı pəhriz düsturu haqqında bütün məlumatları bölüşüb.

Tribunainfo.az “Sabah” informasiya agentliyinə istinadən yay pəhrizini təqdim edir.

Yayın gəlişi ilə əlaqədar şüursuz şəkildə edilən pəhrizlərə diqqət çəkən diyetoloq İrem Şerolar bildirib ki, arıqlamanı sürətləndirə bilməyən şəxslər ilk öncə daxili xəstəlikləri aradan qaldırmalıdır.

Onun sözlərinə görə, ilkin olaraq qan testi verilməlidir. Tiroid və diabet, qanda D vitamininin az olması, B12 səviyyələri, dəmir çatışmazlığı, anemiya, oturaq həyat, kortizol istifadəsi, nizamsız yuxu, stress və tez-tez səyahət kimi vəziyyətlər sağlam kilo itkisinin qarşısını ala bilər.

Şerolar, arıqlamağın ən doğru və sağlam yolunun insanın həyat tərzinə uyğun karbohidrat, yağ və zülal məzmunu ilə planlaşdırılmış, özünüzü məhrum hiss etdirməyən bir qidalanma proqramı olduğunu söyləyib.

ŞÜURSUZ PƏHRİZ ƏZƏLƏ İTKİSİNƏ SƏBƏB OLA BİLƏR

İnsanların tez arıqlamaq üçün şüursuzca bədənlərinə zərər verdiyini qeyd edən Dietoloq Şerolar, “Yay fəsli gəldiyində son dərəcə məhdud kalori ehtiva edən pəhrizin ən çox sınaqdan keçirildiyi görünür. Sağlam qidaları, xüsusilə sağlam lif və yağ qrupunu bədəndən çıxarmaq, pəhrizə dietoloq məsləhəti olmadan başlamaq bağırsaq hərəkətlərini ləngidir. İmmunitetin azalmasına, hətta əzələ itkisinə səbəb ola bilər” deyə xəbərdarlıq edib.

ACLIQ HİSS ETMƏYƏCƏK PƏHRİZ PROQRAMI TƏTBİQ OLUNMALIDIR

Şerolar sağlam arıqlama düsturunu belə izah etdi:

“Ən dəqiq arıqlamaq üçün insanlar keyfiyyətli karbohidratlar (məsələn, tam buğda, un və ya çörək, yulaf, bulqur, qarabaşaq yarması), sağlam bişmiş protein qrupu (qril, qaynadılmış, toyuq və s.) və sağlam yağ qrupunu (zeytun yağı) seçilməli, (çiy qoz-fındıq, zeytun, avokado və s.), kaloriləri hazırkı çəkilərinə uyğun olaraq planlamalıdır. Bundan əlavə, gündəlik hərəkəti, idmanı artırmaq ən yaxşısı olacaq. Həm əzələlərin qorunması, həm də çəki itirilməsi üçün dəstək rolu oynayacaq”.