İngiltərə Super Kubokunun sahibi müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, həlledici qarşılaşmada son İngiltərə çempionu “Mançester Siti” və gümüş medalçı “Arsenal” üz-üzə gəliblər.
“Uembli” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Hesabı 77-ci dəqiqədə “şəhərlilər”in heyətində Koul Palmer açıb. Lakin Leandro Trossard 90+11-ci dəqiqədə bərabərliyi təmin edib.
Reqlamentə əsasən, qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan “Arsenal” Super Kubokun sahibi olub – 4:1.
“Topçular” tarixi ərzində 17-ci dəfə titulu əldə ediblər.