“Arsenal ” Markinyosu Braziliya klubu “Fluminense”yə icarəyə verib.
Qaynarinfo-nun məlumatına görə, “Topçular” futbolçunu 6 aylıq icarəyə verdiyini təsdiqləyib. 20 yaşlı cinah oyunçusu mövsümün ilk yarısını Fransada “Nant”da icarə əsasında keçirib və yeddi oyun ərzində ümumilikdə 149 dəqiqə meydanda olub.
“Fluminense” tərəfi futbolçunun icarə müddəti bitdikdən sonra tam transfer haqqına sahib olacaqlarını bildirib.
Markinyos 2022-ci ilin yayında “Sao-Paulo”dan “Arsenal”a transfer olunsa da ümidləri doğrultmadı. Sonradan “Norviç”ə icarəyə verilən braziliyalı, ardından eyni qaydada “Nant”a yollandı.
“Fluminense” transferdən imtina edəcəyi təqdirdə, Markinyos yayda “Arsenal”a qayıdacaq. Onun İngiltərə klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.