ARS Reablitasiya Mərkəzi məmur oğlunun kürəyini yandırdı, meyxanaçını ağır duruma saldı

ARS Reablitasiya Mərkəzi məmur oğlunun kürəyini yandırdı, meyxanaçını ağır duruma saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatın gündəminə ancaq edilən şikayətlər və səhv müalicələrlə düşən “ARS Reabilitasiya Mərkəzi” ilə bağlı növbəti fakt məlum olub.

 

Tanınmış meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun sözügedən mərkəzdə müalicəsinin onun səhhətinə heç bir təsiri olmadığını bildirib. A.Məmmədov həmkarı Ağakərimin sağalmaqdansa daha da pisləşməsinə “ARS Reabilitasiya Mərkəzi”nin səbəb olduğunu bildirib.

Tribunainfo.az xəbər verir ki, meyxanaçının sözlərinə görə, sözügedən mərkəzdə aparılan müalicələrdən sonra Ağakərimin səhhəti daha da pisləşməyə doğru gedib. Əslində A.Novruzovu yerindən tərpətmək olmazmış. Ancaq “ARS Reabilitasiya Mərkəzi” bu göstərişə əməl etmədən xəstəni dəfələrlə ora-bura aparıblar:

“Bir az müalicə etdilər, nəticəsi sıfır. Ağakərimin vəziyyəti pisləşməyə doğru gedir.Hər gün müalicəyə apardılar, heç nə, əziyyət. Neçə gün müalicə apardılar, amma Kərimin səhhətində yaxşılığa doğru heç nə yoxdur”.

Ancaq bu “ARS Reabilitasiya Mərkəzi” ilə bağlı il şikayət və problem deyil. Sözügedən klinikada ötən il də sabiq deputat, Suraxanı rayon icra başçısı Adil Əliyevin oğlu Məhəmməd Əliyevin prosedur zamanı kürəyini yandırmışdılar. Bu hadisədən sonra Əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət etmişdi. A.Əliyev müraciətində klinikanın Leyla adlı həkiminin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsini tələb etmişdi.

Roman