Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul edib

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökumətinin istefasını qəbul edib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb.

 Prezidentin saytında yerəşdirilən fərmanında bildirilir: “Konstitusiyasının 130-cu maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının hökumətin istefasını qəbul etmək”.

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.