Armen Qriqoryandan Azərbaycan və Türkiyə AÇIQLAMASIbackend

Armen Qriqoryandan Azərbaycan və Türkiyə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan proseslərinə ayrı-ayrı məsələlər kimi baxır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.

“Biz bu prosesləri ayrıca nəzərdən keçiririk. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri var. Biz bu sahələrdə müxtəlif yollarla işləyirik. Bəli, bir növ münasibət mümkündür. Amma bizim yanaşmamız belədir: həll etmək üçün iki mürəkkəb düstur varsa və siz bu mürəkkəb düsturları birləşdirsəniz, həll daha da mürəkkəbləşəcək. Beləliklə, onları ayırmaq lazımdır. Bizim anlayışımız və yanaşmamızda iki fərqli istiqamət var”, – deyə Qriqoryan bildirib.