Arktikada anomal isti: Buzlar əriyir

Arktikada anomal isti: Buzlar əriyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal qütbündə hazırda uzun onilliklər ərzində ən isti temperatur qeydə alınıb.

Axar.az xəbər verir ki, ABŞ-ın Qlobal Proqnozlar Bürosu orada temperaturun +2 dərəcəyə çata biləcəyini açıqlayıb.

Alimlər qeyd edirlər ki, ötən əsrin 80-cı illərindən sonra tez-tez Arktikada ilıq hava şəraiti olur. Bununla da buzlar əriməyə başlayır.

Alimlər üçün buzların ərimə prosesinin Qrenlandiyadan başlaması isə şok effekt yaradıb. Bu region köhnə buz qatıyla örtülüdür.