“Aristokrat Tibb Mərkəzi” cərimələndi – 8 min manat

“Aristokrat Tibb Mərkəzi” cərimələndi – 8 min manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aristokrat Tibb Mərkəzi” fəaliyyətindən kənar icazəsi olmayan tibbi xidmət göstərdiyi üçün cərimələnib.

Tribunainfo.az xəbər verir ki, tibb mərkəzi İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Klinikanın işinə 30 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar