Arıları öldürən şəxsə həbs cəzası verildi

Arıları öldürən şəxsə həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avstraliyalı fermerə arıların ölümünə görə həbs cəzası verilib.
Qaynarinfo xəbər verir ki, üzümçülüklə məşğul olan 47 yaşlı şəxs həşəratların məhvi üçün xlorpirifos adlı dərmandan istifadə edib. Nəticədə Lavanttal ərazisində yaşayan 50-dən çox arı koloniyası məhv olub. Adı açıqlanmayan fermer məhkəmədə xüsusilə ətraf mühitə zərər verməkdə ittiham edilib və 1 illik həbs və 20 min avro pul cəzası verilib.
Hökmün həşərat dərmanlarından düzgün və müəyyən miqdarda istifadə məsələsində xatırlatma əhəmiyyəti daşıdığı bildirilir.
Qeyd edək ki, Avropada arı və digər həşəratların ölümünə səbəb olan “Neonicotinoid” kateqoriyasına daxil olan dərmanlar qadağan edilib.